Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər
Bakı, 12 oktyabr, AZƏRTAC
Bu toplantı çox əhəmiyyətlidir. Çünki türk dövlətləri artıq texnologiyanı inkişaf etdirir, istehsal edir. Bu texnologiyanı dünyaya satmaq üçün də işlər görülür. Türk texnologiyaları dünyada tanınmağa başlayıb. Bu toplantının məqsədlərindən biri də bu təcrübələrin paylaşılması və onların bir arada dəyərləndirilməsidir.
Bu fikirləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü çərçivəsində AZƏRTAC-a müsahibəsində Türkiyə Əmtəə Nişanları və Patent ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak soyləyib.
Müsahibimiz deyib: “Birlikdə nə edə bilərik? Necə hərəkət edə bilərik? – bu mövzuda işlər ortaya qoymaq vacibdir. Təbii ki, görüşdə TDT-yə üzv ölkələr öz təcrübələrini bölüşürlər. Biz də TÜRKPATENT olaraq, məsələn, "Milli Texnologiya Həmləsi" ilə "Teknofest" yarışmaları təşkil edirik. Bu yarışmalara ötən il Azərbaycandan, Özbəkistandan qonaqlarımız gəldi. Onlar da həmin sərgilərlə tanış oldular. Bu toplantıdakı məqsədimiz də birlikdə daha güclü, daha qüvvətli olmaq, texnologiyanı daha çox inkişaf etdirmək və onların qorunması istiqamətində nə edə biləcəyimizə dair qiymətləndirmələr aparmaqdır. Bu, çox mühümdür. Əqli Mülkiyyət Agentliyinə bu toplantıya ev sahibliyi etdiyinə görə təşəkkür edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]
Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb
- 12.10.2026 [15:48]