Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək
Ankara, 12 oktyabr, AZƏRTAC
Türkiyədə terrorizm təhlükəsinin tamamilə aradan qaldırılmasının zəruriliyi ilə bağlı ictimai konsensus formalaşıb. Ölkəmiz daxili çağırış və problemlərə qapılıb qalan dövlətlər sırasından çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Qaziantep vilayətində çıxışı zamanı bildirib.
Parlament sədri ölkə daxilində birliyi və həmrəyliyi möhkəmləndirmək üçün təxribatlara uymamağa və ayrı-seçkiliyə yol verməməyə çağırıb.
O, terrorizm probleminin aradan qaldırılmasının yalnız Türkiyəyə deyil, bütün regiona fayda gətirəcəyinə və qonşu dövlətlərin ümumi rifahının yüksəlməsinə səbəb olacağına əminliyini ifadə edib.
Eyni zamanda, Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələr İraqın şimalında, Türkiyə ilə sərhəddə yerləşən Metina bölgəsində PKK terror təşkilatının silahlı dəstələrinin dörd bazadan çıxarıldığını bildiriblər.
Ankaradakı mənbələr xatırladıblar ki, “PKK terrorçularının fəaliyyət göstərdiyi bütün ərazilərdə qanunsuz əməllərə son qoyulduqdan sonra silahlılar “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” Qanunun yaratdığı imkanlardan yararlanaraq Türkiyəyə qayıda bilərlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]