Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verib
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 54 kvadratmetr olan mənzildə 6 kvadratmetr sahəni əhatə edən mətbəxin bir hissəsi yanıb, mənzilin böyük hissəsi yanğından mühafizə edilib.
Müxbir- Nail Əsgərov