Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib
Bakı, 22 sentyabr, AZƏRTAC
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, B qrupunda sentyabrın 25-də oynanılacaq qarşılaşmanı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Aaron O`Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paul Norton yerinə yetirəcək.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:41]
Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq
- 22.09.2026 [12:01]
Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub
- 22.09.2026 [11:21]
Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır
- 22.09.2026 [01:05]
Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq
- 21.09.2026 [22:16]