Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Bakı, 22 sentyabr, AZƏRTAC

Qərbi Azərbaycanın və Qarabağın tarixi keçmişi Qafqaz Albaniyası ilə sıx bağlıdır. Bu bağlılıq arxeoloqların, qədim dillər və qədim dövr tarixi üzrə tədqiqatçıların araşdırmaları ilə bir daha sübut olunur. Amma burada ən vacib məsələ tədqiqatçının etibarlı, ciddi və təkzibolunmaz dəlillərə əsaslanmasıdır. Qafqaz Albaniyasının tədqiq edilməsində ən mühüm yanlışlıq bu dövlətin qədim tarixinin və mədəniyyətinin müasir sərhədlər kontekstində araşdırılmasıdır. Bu yanaşma SSRİ dövründə erməniəsilli tədqiqatçıların albanşünaslığa vurduğu ən böyük zərbədir. Qədim tarixi müasir sərhədlər daxilində öyrənmək əslində onu təhrif etmək və saxtalaşdırmaq deməkdir. Halbuki həm arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar, yerüstü tarixi-mədəni və dini abidələr, həm də yazılı mənbələrdə əks olunmuş məlumatlar bu saxtakarlığı ifşa edir. Digər mühüm bir fakt isə 1920-ci ildə Qərbi Azərbaycan ərazisində Ermənistan SSR yaradıldıqdan sonra erməni şovinistlərinin saxtakarlıq əməllərinin geniş vüsət almasıdır. Bundan sonra Qərbi Azərbaycan ərazisinin uydurma “böyük Ermənistan”ın tərkibində olduğunu sübut etmək cəhdləri daha da artmışdı.

Bu fikirlər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin “Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir:

“Cənubi Qafqaz regionunda ən qədim və ən uzun ömürlü dövlət olan Qafqaz Albaniyasının tarixi ilə bağlı bir çox mühüm məsələlər hələ də ciddi tədqiqat mövzusu olmayıb. Bunun başlıca səbəbləri Alban abidələrinin bir çoxunun müasir Ermənistan ərazisində yerləşməsi ilə yanaşı, onların əksəriyyətinin məhv edilməsi, qalan az hissəsinin isə hazırda erməni abidələri kimi təqdim edilməsidir. Müasir Ermənistan ərazisində ən qədim xristian abidələr Qafqaz Albaniyasının maddi mirasına aiddir. İrəvan şəhərində isə “ən qədim” erməni kilsəsi 1842-ci ildə inşa edilmiş Surb Sarkis kilsəsidir. Erməni din xadimləri tərəfindən bu kilsənin IV əsrdə tikildiyi haqqında rəvayətlər uydurulub. Digər bir rəvayətə görə, bu kilsə 1679-cu il zəlzələsindən sonra dağılıb, daha sonra erməni-qriqoriyan kilsəsinin rəhbəri I Naapet Edessalının göstərişi ilə yenidən inşa edilib. Lakin gerçək odur ki, 1842-ci ildə inşa edilmiş Surb Sarkis kilsəsi hazırda İrəvanın Kentron rayonunda yerləşir və 1972-ci ildə I Vazgenin tapşırığı ilə bu kilsənin genişmiqyaslı təmiri adı ilə əslində “qədim” daş, qum və digər inşaat materialları gətirmək üçün Ani xarabalıqlarından istifadə edilib. Əvvəlcə erməni memarı Rafayel İsraelyan, 1973-cü ildə o öləndən sonra Arsrun Qalikyan bu kilsənin bərpası üçün yeni saxtakarlıq planı hazırladılar. Beləliklə, cəmi 53 il öncə Anidən gətirilmiş qədim kilsə daşları (qırmızı tuf daşı) ilə İrəvanda ilk erməni kilsəsi olan Surb Sarkis kilsəsi inşa edilib.

Maraqlıdır ki, İrəvanda erməni kilsəsinin iki əsrə çatmayan tarixi olduğu halda, Göyçə, Şörəyel, Ağbaba, Dərələyəz, Vedi, Dərəçiçək və Zəngəzurda Alban irsinin tarixi keçmişi iki min illik dövrü əhatə edir. Bu gün Ermənistanda Qarabağdakı qədim Alban irsinin taleyindən “narahat” olan qüvvələrin yeganə mirası öz xələflərindən qalan vandalizm əməlləridir. Şörəyeldə VII əsrdə inşa edilmiş qədim Qıpçaq kilsəsinin “Arçivəng”, Zəngəzurda Ərəfsə və Comərdli kəndləri arasında V əsrdə tikilmiş Qızılkilsə məbədinin bütpərəstlik dövrünün məşhur tanrıçalarından biri olan Anahitin şərəfinə “Tanahat” kimi qondarma adlarla təqdim edilməsi erməni saxtakarlığının bariz nümunəsidir.

Müasir dövrdə Ermənistan adlandırılan Azərbaycanın tarixi qərb torpaqlarında Alban kilsələrinin tarixi xristianlıq dininin meydana gəldiyi ilk əsrdən başlayır. Əslində isə Göyçə gölü hövzəsinin Qafqaz Albaniyasının tərkibində olmasını III-V əsrlərə aid Zod qalasında 2011-2015-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş artefaktlar da sübut edir. Buradakı qəbir abidələrindən götürülmüş insan qalıqlarının nümunələri ilə Qarabağ ərazisindən eyni dövrə aid qəbir abidələrindən aşkar edilən nümunələrin əsasən H, K, mitoxondrial DNT (mtDNA) göstəricilərinin analizi ana xətti ilə qohum tayfalara mənsub olduqları sübut olunub. Burada qədim Qafqaz xalqlarının etnogenezi məsələsinin gələcəkdə daha dərin, kompleks arxeoloji və multidissiplinar tədqiqatlara cəlb olunmasının bir çox sualları cavablandırmasını da qeyd etmək lazımdır. Qarabağı, Kəlbəcəri, eləcə də digər tarixi Arran vilayətlərini Göyçə gölü hövzəsi ilə əlaqələndirən qədim ticarət yolu bir çox mənbələrdə də qeyd edildiyi kimi Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərindən keçirdi.

Qafqaz Albaniyasının xristian mirasının daha çox dağıntıya məruz qaldığı ərazi Qərbi Azərbaycan (müasir Ermənistan) ərazisidir. Zəngəzur, Dərələyəz, Loru, Göyçə və Şörəyeldə Alban dini abidələrinin həm memarlıq üslubu, həm də epiqrafik mətnləri ciddi dağıntılara məruz qalıb. Erməni vandalizminin başlıca hədəfi yerli türk boylarına aid olan tarixi və mədəni abidələri məhv etmək olub. Burada Qıpçaq boylarının adına “arçi, arçu (aruç), hartes və harteş” şəklində bir sıra yer-yurd adlarında, tarixi və mədəni abidələrin adlarında rast gəlmək olar. Hamamlıda (Əştərək) və Şörəyeldə Qıpçaq kilsələri erkən orta əsrlər dövründən başlayaraq geniş yayılıb. Şörəyeldə əsrlər boyu Kıpçakavəng (Qıpçaq kilsəsi) adı ilə tanınan monastır kompleksi XIX əsrdə ermənilərin bu ərazidə məskunlaşdırılmasından sonra ermənicə saxta Ariçavəng adı ilə əvəz edilib. Əslində bu söz də türkcə qardaş sözünün ermənicə “xartiç/artiç” şəklində tələffüzündən qaynaqlanır. Hamamlıda da Aruç kilsəsinin adı məhz Qıpçaq boyunun adı ilə izah olunur.

Qıpçaq kilsəsi

(Şörəyel, VII əsr)

Şörəyel və Loruda ilk xristian məbədləri Hun əsilli xristian din xadimləri tərəfindən inşa edilib. Hamamlıda Qazax bazilikası kimi tanınan Alban-Hun (Qıpçaq) məbədi V əsrdə Hun boylarının bir qolu olan Qazax tayfasına mənsub olan din xadimləri tərəfindən inşa edilib. Hamamlının başlıca xristian dini abidələri içərisində IV əsrdə inşa edilmiş Müqəddəs Xaç kilsəsi, VII-XIII əsrlərə aid Əştərək abidələri (Əştərək kəndi), VII əsrdə Manas və Qriqori adlı qıpçaq keşişləri tərəfindən inşa edilən Karmvravor kilsəsi, VII əsrə aid Aruç kilsəsi, Ovanavəng kəndində V əsrə aid kilsə, Abaran şəhərində V əsrə aid Qazax bazilikası, Aşnak kəndində V əsrdə inşa edilən kilsəni qeyd etmək olar. Bu abidələrin əksəriyyətində sonradan bərpa işləri adı ilə erməni xaç daşları yerləşdirilib və üzərindəki yazılı kitabələri dağıdılıb. Cənubi Qafqazın erkən xristian abidələrini tədqiq etmiş A.L.Yakobson qeyd edir ki, Qafqaz Albaniyasının monumental erkən orta əsr memarlığı Ermənistan ərazisində üstün mövqeyə malik olub.

Abaran şəhərində olan Müqəddəs Xaç kilsəsi 1877-ci ildə bərpa bəhanəsi ilə ciddi dəyişikliyə məruz qalaraq, kitabəsi dağıdılıb. Loru və Dərəçiçək yaylaqlarında türk boylarına aid xeyli sayda at heykəlləri var. Bu torpaqlardan yerli türk boylarının izini birdəfəlik silmək məqsədilə ermənilər hazırda planlı şəkildə bu abidələri məhv etməklə məşğuldur.

Göyçə mahalının qədim mənbələrdə rast gəlinən adlarından biri olan Gegarkuni hidronimi qədim türkcədə Gögarku (Göy arx) sözü ilə izah olunur, mənası “Göy arx, çuxur” deməkdir. Göyçə ərazisində Alban xristian məbədləri içərisində IX-X əsrlərə aid Qızılvəng (Qızılvəng kəndi), Qamışlı (Qamışlı/Qanlı/Qanlı Allahverdi kəndi), Daşkənd (Daşkənd kəndi), Kiçik Məzrə (Bala Məzrə kəndi), Əyrivəng (Əyrivəng kəndi), Xutavəng (Yuxarı Adıyaman kəndi) və Şoqakavəng (Çoraqyu kəndi) kilsələrini qeyd etmək olar.

Zəngibasar ərazisində xristian Hun boylarına və albanlara aid xaç daşları və yazılı kitabələr məhv edilib. Erməni qriqoriyan kilsəsinin saxtakarlıqları burada digər yerlərə nisbətən özünü daha açıq-aydın büruzə verməkdədir. Zəngibasarın Alban xristian abidələri içərisində VII əsrə aid kilsəni (Şahab kəndi), X-XIII əsrlərə aid Avucdar monastırını, X-XIII əsrlərə aid kilsə və qalanı (Ursazor kəndi), XIII əsrdə inşa edilən Ağca monastırını (Gilanlar kəndi yaxınlığı) xüsusilə qeyd etmək olar.

Sərdarabad mahalında dağıdılmış Alban dini abidələri içərisində V əsrə aid bazilikanı və VII əsrə aid Mavi Mələklər məbədini qeyd etmək olar. Qərbi Azərbaycanın bir çox yerində olduğu kimi Sərdərabad ərazisində də “erməni dini məbədləri” kimi qələmə verilən xristianlığaqədərki dini ibadətgahlar Alban əhalisinin dini dünyagörüşünü əks etdirir. XX əsrin əvvəllərində erməni tarixçisi N. Adons albanların hərbi, dini, siyasi həyatı ilə bağlı geniş məlumata malik olmadığını etiraf edirdi.

Zəngəzurda Qızılkilsə məbədi

(Qarakilsə rayonu, V əsr)

Etibarlı mənbələrdə Zəngəzurun xristian abidələrinin ermənilərə aid olması haqqında məlumata rast gəlinməyib. Ermənilər bu abidələrin bir hissəsinin üzərində ciddi dəyişikliklər edərək qriqoryan kilsələrinə çevirib, qalanlarını isə tamamilə dağıdıblar. Məlum olduğu kimi, Alban hökmdarı III Mömin Vaçaqan xristianlığı təbliğ etmək məqsədilə geniş inşaat tədbirləri həyata keçiriblər. VII əsrdə Qarabağda Uti vilayətində yaşamış tarixçi Musa Kalankatlı “Alban tarixi” əsərində III Mömin Vaçaqanın “ildə olan günlərin sayı qədər çoxlu kilsə tikdirməsi” haqqında məlumat verib. Comərdli və Ərəfsə kəndləri yaxınlığında yerli əhalinin Qızılkilsə adlandırdığı və ziyarət etdiyi bu Alban məbədinin hazırda yalnız xarabalıqları qalıb. Bu abidə ermənilər tərəfindən iki dəfə ciddi dağıntıya uğrayıb. 1918-ci ilin iyulunda daşnak Andranikin öz quldur dəstəsi ilə bu kənddə törətdiyi kütləvi qırğınlar nəticəsində Qızılkilsə məbədi yerli əhalinin inanc yerlərindən biri olduğu üçün dağıdılaraq, xaraba vəziyyətinə salınıb. Hazırda Qərbi Azərbaycan ərazisində Ermənistan hakimiyyəti və erməni qriqoriyan kilsəsi tərəfindən tarixi abidələrimizə qarşı kultursid siyasəti davam etməkdədir.

Müxbir - Elmir Səftərov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO