Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 52,9 min şəxsə ambulator, 24,8 min şəxsə stasionar və icmaəsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.
Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icmaəsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:15]
BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib
- 22.09.2026 [12:02]
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
- 22.09.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 22.09.2026 [11:28]