FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb
Bakı, 18 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100 kvadratmetr olan anbarda baş vermiş yanğın genişlənərək bitişik yerləşən digər anbarlara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Xəsarət alan olmayıb.
Digər anbarlar yanğından mühafizə olunub.