Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub
Bakı, 22 sentyabr, AZƏRTAC
İtaliyanın “Yuventus” klubunun hücumçusu Randal Kolo Muani “Atalanta” ilə oyunda aldığı zədə səbəbindən cərrahi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, fransalı futbolçu qarşılaşmanın ilk hissəsində sağ əlinin beşinci barmağından zədələnib. Buna baxmayaraq, Kolo Muani oyunu davam etdirib və 89-cu dəqiqəyədək meydanda olub.
Matçdan sonra tibbi müayinədən keçən futbolçuda beşinci barmağın proksimal falanqasında sınıq aşkarlanıb. Bu səbəbdən osteosintez əməliyyatının aparılmasına qərar verilib.
Əməliyyat sentyabrın 21-də keçirilib.
Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilənin futbolçunun bərpasına imkan verəcəyi və onun yaxın həftələrdə məşqlərə qayıdacağı gözlənilir. Turin təmsilçisi Kolo Muaninin oktyabrın 11-də İtaliya çempionatında “Kalyari”yə qarşı keçiriləcək oyunda iştirak edəcəyinə ümid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [13:57]
Azərbaycan boksçuları bu il Avropa çempionatlarında 25 medal qazanıblar
- 28.10.2026 [13:52]
“Real Madrid” Mbappenin sözlərinə görə Çin xalqından üzr istəyib
- 28.10.2026 [12:27]
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzub
- 28.10.2026 [12:14]
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olunub
- 28.10.2026 [11:40]
Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər
- 28.10.2026 [11:29]