Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO
Xankəndi, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də “Böyük Qayıdış” Proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb. Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə – 9 nəfər köçürülüb.
Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Müxbir – Tahir Ağaməmmədov