Azərbaycan yığmaları Şahmat Olimpiadasında Yunanıstan və Ermənistanla qarşılaşacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan yığmaları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini sabah keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək, qadınlar isə Ermənistanla qarşılaşacaqlar.
Kişi komandası 6 turdan sonra 10 xalla 12-ci, qadın kollektivi isə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]