® “Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb
“Veysəloğlu” Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi yerli fermerlərin məhsullarının satış imkanlarının genişləndirilməsi məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığa başlayıb.
Meyvə-tərəvəz məhsullarının tədarükünü əhatə edən əməkdaşlıq yerli məhsulların daha geniş müştəri kütləsinə çatdırılmasına xidmət edir.
Əməkdaşlıq çərçivəsində ilk olaraq Masallı rayonunda fəaliyyət göstərən fermerlərdən tədarük edilən yerli kartof “Araz” mağazalarında satışa təqdim olunub. Məhsulların tədarükü “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilib. Bu əməkdaşlıq müştərilərə keyfiyyətli və təhlükəsiz yerli məhsullar təqdim etməklə yanaşı, yerli istehsalçıların satış imkanlarının genişlənməsinə, onların yetişdirdiyi məhsulların pərakəndə satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunmasına şərait yaradır.
“Araz” supermarketlər şəbəkəsi “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığı davam etdirərək yerli fermerlərin bazara çıxış imkanlarının genişləndirilməsinə və yerli istehsalın dəstəklənməsinə töhfə verməyi hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:51]
Younq Te Kim: Azərbaycan Orta Dəhlizlə bağlı müzakirələrə liderlik edir
- 22.09.2026 [14:43]
“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır
- 22.09.2026 [13:09]
® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb
- 22.09.2026 [13:06]
® “Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün
- 22.09.2026 [13:02]
Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK
- 22.09.2026 [13:00]
“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]