“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan təmsilçisi ilk oyununu oktyabrın 27-də Macarıstanın “Uypeşt” komandasına qarşı keçirəcək.
“Qırmızı-ağlar” qrup mərhələsinin ikinci görüşündə oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələcək. Qrupdakı son oyun isə oktyabrın 30-da Polşanın “Piast” klubuna qarşı olacaq.
Qeyd edək ki, 5-ci qrupun oyunları Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [13:53]
Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır
- 22.09.2026 [13:47]
Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub
- 22.09.2026 [13:42]
“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib
- 22.09.2026 [12:47]
Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib
- 22.09.2026 [12:41]
Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq
- 22.09.2026 [12:01]
Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]