Azərbaycan Dövlət İnformasiya Agentliyi

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Bakı, 22 sentyabr, AZƏRTAC

Rəsm əsəri bərpaya daxil olduqda ilk növbədə onun pasportlaşdırılması aparılır və bərpa pasportu hazırlanır. Bu sənəddə əsərin müəllifi, yaranma tarixi və digər mühüm məlumatlar qeyd olunur. Həmin məlumatların dəqiqliyi ilə bağlı şübhə yarandıqda isə əlavə araşdırmalar aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov deyib.

Onun sözlərinə görə, bərpa işlərinə başlamazdan əvvəl əsərin mövcud vəziyyəti fotofiksasiya edilir, görüləcək işlərin həcmi və ardıcıllığını müəyyənləşdirən xüsusi proqram hazırlanır. Bərpaçı bütün proses boyu həmin proqrama ciddi əməl etməli, kimyəvi, mexaniki və digər müdaxilələri məhz onun əsasında həyata keçirməlidir.

“Bərpa prosesində görülən hər bir iş mərhələli şəkildə qeydə alınır və fotofiksasiya edilir. Proses başa çatdıqdan sonra əsər yenidən fotoşəkillərlə sənədləşdirilir, aparılmış bütün mexaniki və kimyəvi müdaxilələr barədə məlumat bərpa pasportuna əlavə olunur. Həmçinin gündəlik görülən işlərin ayrıca qeydiyyatı aparılır. Bu sənədləşdirmə olduqca vacibdir. Çünki əsər gələcəkdə yenidən bərpaya ehtiyac duyarsa, növbəti mütəxəssis əvvəlki restavrasiya zamanı hansı materiallardan istifadə edildiyini və hansı müdaxilələrin aparıldığını dəqiq bilməlidir”, – deyə o bildirib.

Restavrasiya zamanı əsərin orijinallığının qorunması ilə zədələnmiş hissələrin bərpası arasında tarazlığın təmin edilməsindən danışan Natiq Səfərov qeyd edib ki, müəllifin orijinal işinə ən kiçik zərərin vurulması belə restavrator üçün ciddi peşəkar səhv hesab olunur.

“Buna görə də əsərin orijinal hissələri ilə son dərəcə ehtiyatla davranılır. Restavrator yalnız zədələnmiş sahələrə müdaxilə edir və bütün işləri əvvəlcədən hazırlanmış proqramın ardıcıllığına uyğun, böyük dəqiqliklə yerinə yetirir. Əsərin üzərində çirk qatı və ya müxtəlif ləkələr ola bilər. Onların təmizlənməsi zamanı elə kimyəvi maddələr seçilməlidir ki, müəllifin orijinal rəng qatına heç bir təsir göstərməsin. Əsas məqsəd əsəri yeniləmək deyil, onun orijinallığını mümkün qədər qoruyaraq mövcud vəziyyətini sabitləşdirməkdir”, – deyə bərpaçı vurğulayıb.

Peşə fəaliyyətində qarşılaşdığı ən mürəkkəb restavrasiya işlərindən söz açan N.Səfərov bildirib ki, hər bir əsərin özünəməxsus problemləri olur. Hətta eyni müəllifin eyni dövrdə yaratdığı iki əsərdə belə tamamilə fərqli zədələnmələrə rast gəlmək mümkündür. Buna görə də hər bir əsər fərdi yanaşma tələb edir.

“Təxminən 50 illik fəaliyyətim ərzində xüsusi yanaşma tələb edən çoxsaylı mürəkkəb əsərlərlə qarşılaşmışam. Onlardan biri dövrünü qabaqlayan görkəmli Azərbaycan rəssamı Tofiq Cavadovun əsərləri ilə bağlı olub. O, avanqard və ekspressionizmə yaxın yaradıcılıq yolu seçmiş, Avropa rəngkarlığından bəhrələnmiş sənətkar idi. Sovet dövründə sosialist realizminin tələblərindən kənara çıxdığı üçün yaradıcılığı lazımi səviyyədə qəbul edilmirdi. Maddi çətinliklər səbəbindən rəssam bəzən köhnə, istifadə olunmuş, ayrı-ayrı hissələrdən birləşdirilmiş kətanlar üzərində işləyirdi. Sonrakı illərdə onun yaradıcılığına böyük maraq yaransa da, əsərlərin hazırlanmasında texnoloji tələblərə tam əməl edilmədiyindən onların bir çoxu ciddi şəkildə zədələnmiş, bəziləri isə məhv olmaq təhlükəsi ilə üzləşmişdi”, – deyə o bildirib.

Bərpaçının sözlərinə görə, belə hallarda rəng qatını itirmədən müəllifin kətanından ayıraraq yeni kətana köçürmək tələb olunurdu ki, bu da restavrasiya sənətində ən mürəkkəb əməliyyatlardan biri hesab edilir.

“Həmin dövrdə belə mürəkkəb işlər əsasən Moskva və Leninqrad restavrasiya məktəblərində həyata keçirilirdi. Mən Tofiq Cavadovun 20-yə yaxın əsərini müəllif kətanından ayıraraq yeni kətana köçürmüşəm. Onlardan 1984-cü ildə bərpa etdiyim əsərlərdən biri bu yaxınlarda keçirilən sərgidə nümayiş etdirildi. Sevindirici haldır ki, əsərdə bu günədək heç bir dəyişiklik baş verməyib. Fiziki, mexaniki və kimyəvi təsirlərə məruz qalmasa, onun uzun illər mövcud vəziyyətini qoruyacağına inanıram”, – deyə N.Səfərov əlavə edib.

Əməkdar rəssam bildirib ki, peşə fəaliyyətində həyata keçirdiyi digər mürəkkəb bərpa işlərindən biri də Şəkidəki Şəkixanovların evinin interyeri ilə bağlı olub. Otaqlardan biri uzun müddət baxımsız qaldığından ciddi dağıntıya məruz qalmışdı.

“Biz həmin interyeri tam şəkildə bərpa etdik. Bu, həm mürəkkəb, həm də böyük məsuliyyət tələb edən işlərdən biri idi və görülən bərpa işi yüksək qiymətləndirildi”, – deyə Natiq Səfərov bildirib.

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib