Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ

“Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycanda rəqəmsallaşma prosesinin sürətlənməsi müəssisələr üçün yeni texnoloji həllərə olan tələbatı da artırır. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdən biri də biznes proseslərinin və təhsil idarəçiliyinin rəqəmsallaşdırılmasına yönəlmiş həllər təqdim edən “Performance System” MMC-dir. Şirkət ilkin olaraq “Coders Azerbaijan” təhsil mərkəzinin daxili ehtiyaclarından yaranan ideya əsasında formalaşıb, 2024-cü ildən isə ayrıca məhsul kimi bazara təqdim olunub. “Performance System” MMC, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) müvafiq şəhadətnaməsini əldə edib.

Şirkətin təsisçisi Seymur Həmidov platformanın yaranma ideyası, təqdim etdiyi rəqəmsal həllər, beynəlxalq bazarlara çıxış planları və gələcək inkişaf istiqamətləri barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Performance System” MMC-nin yaranma ideyası necə formalaşdı və şirkətin fəaliyyətə başlamasında əsas məqsəd nə idi?

- “Performance System”in yaranma ideyası əvvəlcə “Coders Azerbaijan” təhsil mərkəzinin daxili ehtiyaclarından formalaşdı. Biz təhsil prosesində mövcud olan real boşluqları görürdük: tələbə, təlimçi və idarəetmə arasında kommunikasiya tam sistemli qurulmurdu, vahid nəzarət və resurs platforması çatışmırdı, həmçinin tələbələrin akademik və karyera inkişafını bir yerdən izləmək mümkün deyildi. Bu ehtiyac əsasında ilkin prototip 2019-cu ildə formalaşdırıldı. Lakin məhsulun ayrıca, müstəqil və tam məqsədyönlü platforma kimi inkişafı 2024-cü ildə baş verdi və “Performance” ayrıca məhsul olaraq bazara təqdim olundu. Əsas məqsədimiz isə istifadəçi üçün əlçatan, təhsil müəssisələri üçün funksional və bütün tərəflər arasında davamlı əlaqə yaradan innovativ idarəetmə sistemi qurmaq idi. Platformanın əsas çıxış nöqtəsi də məhz real problemin görülməsi və ona texnoloji həll təqdim olunması oldu.

- Şirkətiniz biznes proseslərinin avtomatlaşdırılması və idarəetmə sistemlərinin qurulması sahəsində hansı innovativ həllər təqdim edir?

- Əslində, ilk növbədə onu qeyd etmək vacibdir ki, bizim məhsulumuz sadəcə klassik idarəetmə sistemi deyil. Bu, bir icma platformasıdır - öyrənmək, inkişaf etmək və özünü davamlı şəkildə təkmilləşdirmək istəyən insanlar üçün qurulmuş vahid rəqəmsal mühitdir. Platforma təhsil idarəetməsi ilə yanaşı, istifadəçilərə özünüinkişaf, karyera istiqamətlənməsi, tədbirlər, resurslar, tapşırıqlar, qrupdaxili kommunikasiya və aktivlik kimi bir çox imkanlar yaradır. Bu baxımdan, məhsul “lifelong learning” yanaşmasını dəstəkləyən bir ekosistemdir.

Məsələn, proqramlaşdırma öyrənən bir tələbə sistem daxilində yalnız dərs cədvəli, tapşırıq və qiymətləndirmə görmür, eyni zamanda, aktivliyinə görə bonus xal qazanır, “Top-3 tələbə” kimi motivasiyaedici mexanizmlərlə fərqlənir və qazandığı bu dəyəri real istifadə ssenarilərinə çevirə bilir. Bu da platformanı təkcə inzibati həll deyil, həm də real vaxt motivasiya və mükafatlandırma sistemi ilə çalışan canlı bir inkişaf mühiti edir. Platformada qiymətləndirmə, davamiyyət, resurslar, qrup çatları, tədbirlər, kitabxana, sorğular, imtahan, iş elanları və CV yaratma kimi modulların olması onu həm təhsil müəssisələri, həm də istifadəçilər üçün çoxşaxəli həllə çevirir.

- Müasir dövrdə rəqəmsallaşma şirkətlərin fəaliyyətində mühüm rol oynayır. Azərbaycanda müəssisələrin bu prosesə adaptasiyasını necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Azərbaycanda rəqəmsallaşma prosesi bir çox ölkə ilə müqayisədə kifayət qədər sürətli gedir. Bunun əsas səbəblərindən biri odur ki, internet əlçatanlığı ölkənin əksər bölgələrində yüksəkdir və əhalinin savadlılıq səviyyəsi bu transformasiyanı dəstəkləyir. Bu isə müəssisələr üçün çox vacib üstünlük yaradır. Amma məncə burada əsas məsələ təkcə texnologiyanın mövcudluğu deyil, real ehtiyacın düzgün müəyyənləşdirilməsidir. Yəni şirkətlər rəqəmsal həlləri sadəcə trend olduğu üçün deyil, konkret problemi həll etmək üçün tətbiq etdikdə daha uğurlu nəticə əldə edirlər. Azərbaycanda da artıq bu yanaşmanın gücləndiyini görürük.

- “Performance System” MMC tərəfindən hazırlanan texnoloji həllər müəssisələrin performansının artırılmasına konkret olaraq hansı üstünlükləri gətirir?

- “Performance”in əsas üstünlüyü ondan ibarətdir ki, bir şəxsin inkişaf yolu üçün lazım olan əsas mərhələləri vahid platformada birləşdirir. Ənənəvi modeldə tələbə müxtəlif mənbələrdən istifadə edir: universitet təhsili, ayrıca kurs, “self-study”, sosial mühit və ayrıca iş axtarışı prosesi. Bu isə həm vaxt itkisinə səbəb olur, həm də inkişaf prosesini parçalayır. Bizim qurduğumuz platformada isə tələbə sistemə daxil olduğu andan etibarən bütün bu imkanları bir ünvanda əldə edir.

Platforma tələbənin təhsil nəticələrini, aktivliyini, bacarıq səviyyəsini və maraq dairəsini nəzərə alaraq ona uyğun resursları, tədbirləri və hətta karyera imkanlarını yönləndirə bilir. Təhsil müəssisəsi üçün isə bu, vahid idarəetmə, şəffaf qiymətləndirmə, real vaxt davamiyyət izlənməsi, artan tələbə sayının sistemli idarəsi və bütün tərəflər arasında daha güclü kommunikasiya deməkdir. Yəni bu həll həm fərdi istifadəçinin inkişafını sürətləndirir, həm də müəssisənin ümumi performansını artırır.

- Şirkətinizin fəaliyyətində startap yanaşması və innovativ layihələrin inkişafı hansı səviyyədə yer tutur?

- Startap yanaşması bizim fəaliyyətimizin mərkəzində dayanır. Çünki bu gün sürətlə böyümək, bazarın dəyişən tələblərinə uyğunlaşmaq və real problemə çevik həll vermək üçün klassik idarəetmə modelindən daha çox startap düşüncə tərzi tələb olunur. Bu yanaşma komandada işini sevən, məqsədə inanan və nəticə üçün yüksək tempdə çalışan insanların olmasını vacib edir. “Performance” da məhz belə bir yanaşma ilə formalaşıb: əvvəl real ehtiyac görüldü, sonra prototip yaradıldı, istifadəçi davranışına əsasən inkişaf etdirildi və mərhələli şəkildə bazara çıxarıldı. Biz innovasiyaya yalnız yeni ideya kimi deyil, işləyən və dəyər yaradan sistem kimi baxırıq.

- Beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq və ya xarici bazarlara çıxış istiqamətində planlarınız varmı?

- Bəli, bu istiqamətdə artıq konkret addımlar atılıb. Hazırda sistemimiz Keniyadakı peşə təhsili müəssisələrində aktiv istifadə olunur və bu da məhsulun lokal bazardan kənarda da işlək və uyğunlaşa bilən həll olduğunu göstərir. Eyni zamanda növbəti hədəf bazarlardan biri Özbəkistandır və bu istiqamətdə ilkin təmaslar, hazırlıq prosesi aparılıb. Biz inanırıq ki, təhsil və insan inkişafı yönümlü rəqəmsal məhsullara regionda ciddi ehtiyac var və “Performance” bu ehtiyaca uyğun şəkildə beynəlxalq miqyasda inkişaf edə bilər.

- Gələcəkdə “Performance System” MMC-nin inkişaf strategiyasında hansı yeni texnologiyalar və layihələr prioritet təşkil edəcək?

- Hazırda sistemdə artıq müəyyən süni intellektəsaslı yanaşmalar və rəqəmsal idarəetmə həlləri düşünülür, lakin yaxın gələcəkdə bu istiqaməti daha da dərinləşdirməyi planlaşdırırıq. Prioritetlərimizdən biri hər bir istifadəçi üçün daha fərdiləşdirilmiş təhsil və inkişaf təcrübəsi yaratmaqdır. Yəni sistem istifadəçinin davranışına, maraq dairəsinə, performansına və məqsədinə uyğun olaraq ona daha dəqiq tövsiyələr, resurslar, fəaliyyətlər və imkanlar təqdim etməlidir. Digər tərəfdən, inzibati paneldə də idarəetməni asanlaşdıran, analitikanı gücləndirən və qərarverməni sürətləndirən “ağıllı həllərin” artırılması bizim əsas fokus sahələrimizdəndir. Məqsədimiz “Performance”ı təkcə bir idarəetmə sistemi kimi deyil, tam inkişaf və qərar dəstəyi platforması kimi böyütməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır