Yanq Te Kim: Azərbaycan Orta Dəhlizlə bağlı müzakirələrə liderlik edir
Pekin, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumuna (BNF) sədrliyi dövründə Orta Dəhlizin inkişafı ilə bağlı bir çox maraqlı müzakirələr aparmışıq. Bilirəm ki, Azərbaycan indi də bu müzakirələrə liderlik edir. Buna görə də Azərbaycan hökumətinin çox fəal rol oynamasından məmnunam.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yanq Te Kim Pekində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumunda deyib.
“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi BNF-yə ciddi dəstək göstərib. Ümid edirəm ki, əməkdaşlığımızı davam etdirəcəyik”, -deyən Baş katib əlavə edib.
O deyib ki, Türkiyə tezliklə təşkilata sədrliyi təhvil alacaq: “Biz eyni istiqamətdə fəaliyyət göstərəcəyik, Türkiyə və Azərbaycanla birlikdə Orta Dəhlizin inkişafı ilə bağlı bu maraqlı müzakirələri mütləq irəli aparacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:20]
Səkkiz ayda Astara Terminalında 537 min tondan çox yük aşırılıb
- 22.09.2026 [15:14]
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir
- 22.09.2026 [15:09]
Zakir İbrahimov: Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq
- 22.09.2026 [15:03]