Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib
Bakı, 13 oktyabr, AZƏRTAC
Cari ilin birinci yarısı ərzində bank sektoru üzrə 62 milyon manat məbləğində silinmə baş verib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə Sabitliyi hesabatı"na istinadla xəbər verir ki, silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 92 faizi (57 milyon manat) istehlak portfeli, 8 faizi isə (5,1 milyon manat) biznes kreditləri üzrə olub. Biznesin kreditlərinin cəmi 3,2 faizi qeyri-işlək statusundadır.
Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-in həcmi 30 faiz artaraq 557 milyon manat təşkil edib. QİK əmsalı isə bu seqment üzrə 0,5 faiz bəndi artaraq 3,2 faiz olub. Dövr ərzində qeyri-işlək portfelin artımı əsasən ticarət və xidmət sektorları üzrə müşahidə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [17:56]
İqtisadi Şuranın növbəti iclası olub
- 13.10.2026 [17:48]
Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 13.10.2026 [17:18]
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb
- 13.10.2026 [17:16]