Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir
Praqa, 13 oktyabr, AZƏRTAC
Çexiyada sənaye və biznes sektorunun işçi qüvvəsinə artan tələbatı fonunda hökumət xarici vətəndaşların ölkədə yaşaması və işləməsi üçün yeni imkanlar təklif edir.
AZƏRTAC xəbər verir ki, Baş nazir Andrey Babişin rəhbərlik etdiyi hökumət sənaye nümayəndələrinin müraciətlərini nəzərə alaraq, əmək bazarındakı kadr çatışmazlığının aradan qaldırılmasına yönəlmiş tədbirləri genişləndirir.
Çexiya iqtisadiyyatının bir sıra sahələrində işçi qüvvəsinə ehtiyac müəssisələrin fəaliyyətinə təsir göstərir. Xarici işçilərin cəlb edilməsi istehsalın davamlılığının qorunması və şirkətlərin kadr ehtiyaclarının ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni yanaşma ölkədə işləmək istəyən əcnəbilər, o cümlədən ukraynalılar üçün əlavə imkanlar yaradır. Hökumətin bu addımları biznesin tələblərinə cavab vermək və əmək bazarındakı problemləri azaltmaq məqsədi daşıyır.