Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
Bakı, 13 oktyabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda keçirilən 11-ci Beynəlxalq Heyvan Karikaturası Yarışmasının (11th International Animal Cartoon Contest, Belgrade 2026) nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, 56 ölkədən 343 rəssamın ümumilikdə 1372 karikatura ilə iştirak etdiyi müsabiqədə Azərbaycan rəssamı Soltan Soltanlının “At kimindir?” adlı əsəri üçüncü yerə layiq görülüb.
Yarışmada birinci yeri Avstriyalı Klaus Pitter, ikinci yeri isə Kipr təmsilçisi İqor Vartçenko tutub.
Qeyd edək ki, Soltan Soltanlı 30 ildir Azərbaycanı beynəlxalq rəssamlıq müsabiqələrində, festivallarda və sərgilərdə təmsil edir. Rəssamın əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda nümayiş olunur və qorunub saxlanılır.