“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
Bakı, 13 oktyabr, AZƏRTAC
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddənin əlavə edilməsi təklif olunur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin oktyabrın 13-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi texniki tənzimləmənin şamil olunduğu malların insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda həmin malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarının müəyyən edilməsinin qanunda hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb. Belə ki, qanun layihəsinə təklif edilən 15.5-ci maddəyə əsasən insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçirilməsi təklif olunur.
Qanun layihəsinə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.