Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın iki basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, "Gəncə" C qrupunun II turunda Yunanıstanın "Kolossos" komandasını qəbul edəcək. Gəncə İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq. Qərb təmsilçisi ilk matçında Türkiyədə “Esenler Erokspor”a 63:92 hesabı ilə məğlub olub.
G qrupunda yer alan digər təmsilçimiz "LANDAU Lions" komandası isə Slovakiyada "Prievidza" klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. "LANDAU Lions" ilk oyununda Bakıda İsveçrənin "Lions de Geneve" komandasına 83:105 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]
Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb
- 13.10.2026 [10:03]