Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı çərçivəsində tanınmış rəssam Aydan Salahovanın fərdi sərgisi açılacaq. Bu layihə üzərində uzun müddətdir işləyirik. Aydan Salahova ilə sərginin təşkili ilə bağlı danışıqlar bir ildən artıqdır davam edir və ekspozisiya üçün yeni əsərlər hazırlanır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova deyib.
O bildirib ki, həmçinin noyabrda Xalq rəssamları Maral Rəhmanzadə və Oktay Şıxəliyevin yaradıcılığına həsr olunan sərginin təşkili planlaşdırılır. İlin sonuna doğru isə Müslüm və İrina Eldarovlara həsr olunmuş sərgi təqdim ediləcək. Bu ekspozisiyada diqqət yalnız heykəltaraş Müslüm Eldarovun yaradıcılığına deyil, həm də onun Azərbaycan incəsənətinin inkişafına verdiyi töhfəyə yönəldiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]
“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]