Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Özbəkistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub.
Görüşdə ticarət, investisiya, turizm və işgüzar əlaqələrin inkişaf perspektivlərinə, həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Söhbət zamanı Orta Dəhlizin əsas tranzit və logistika əlaqələrindən biri kimi rolu və regional əlaqələrin gücləndirilməsinə xidmət edən nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş irimiqyaslı layihələrin əhəmiyyəti vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]