Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 238 milyon 196 min 500 manat investisiya yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 37,4 faiz çoxdur.
İnvestisiyanın 116 milyon 367 min 700 manatı və ya 48,9 faizi məhsul istehsalı sahələrinə, 27 milyon 152 min 700 manatı və ya 11,4 faizi xidmət sahələrinə, 94 milyon 676 min 100 manatı və ya 39,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 198 milyon 484 min 300 manatı və ya 83,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:53]
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib
- 13.10.2026 [15:37]
Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb
- 13.10.2026 [15:26]
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb
- 13.10.2026 [15:10]
Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib
- 13.10.2026 [14:33]
Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb
- 13.10.2026 [14:24]
Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb
- 13.10.2026 [14:08]
Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar
- 13.10.2026 [11:43]