Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən görkəmli alim, akademik Faiq Bağırzadənin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik göstəricisi nəşr edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşr neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geokimyası sahəsində tanınmış alim Faiq Bağırzadənin xatirəsinə həsr olunub.
Biblioqrafik göstəricidə AMEA Rəyasət Heyətinin qərarı, alimin əsərlərinin biblioqrafiyası, müdafiə etdiyi elmi işlər, kitabları, məqalələri və xəritələri, elmi rəhbərliyi ilə hazırlanmış dissertasiyalar, redaktoru olduğu nəşrlər, eləcə də həyatı və elmi fəaliyyəti haqqında materiallar yer alıb. Nəşrə, həmçinin AMEA-nın müxbir üzvü Misir Mərdanovun alimin həyatına, elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş oçerki daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:03]
Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
- 13.10.2026 [13:40]