Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
Ankara, 13 oktyabr, AZƏRTAC
Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirin körfəzində sualtı nəqliyyat tuneli tikiləcək. Bu layihə Egey regionunun həmin hissəsində tıxac probleminin həllinə imkan verəcək.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay ötən həftə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sıralarına qoşulduqdan sonra bu meqalayihənin həyata keçirilməsi planını açıqlayıb.
Onun sözlərinə görə, tuneldən dəmir yolu xətti də keçəcək. Bu, İzmirin iki böyük rayonu – Qaziemir və Mavişehir arasında metro qatarlarının maneəsiz hərəkətini təmin edəcək.
Bələdiyyə sədri bu infrastruktur layihəsinin icrası ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın razılığının artıq alındığını vurğulayıb. Tikintinin başlama və başa çatma tarixləri hələ razılaşdırılmayıb.
Bundan əlavə İzmirdə ikinci dairəvi avtomobil yolunun tikintisi ilə əlaqədar təşəbbüsün də müzakirə olunduğu məlum olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]