Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 30,8 faiz artaraq 4 milyard 875,2 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,1 faiz artaraq 9 milyard 813,4 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 19,3 faiz artaraq 8 milyard 52,1 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4,7 faiz artaraq 4 milyard 568,6 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 3,1 faiz azalaraq 2 milyard 67,9 milyon manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:16]
® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb
- 13.10.2026 [17:16]
Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar
- 13.10.2026 [16:40]
OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb
- 13.10.2026 [16:22]
Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib
- 13.10.2026 [16:20]