OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb
Bakı, 13 oktyabr, AZƏRTAC
OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 180 min barel artaraq gündəlik 105 milyon 720 min barelə çatacağı gözlənilir. Ötənaykı hesabatında bu il üçün tələbatın gündəlik 380 min barel artacağı proqnozlaşdırılmışdı.
Bu il qeyri-OECD ölkələrində tələbatın 390 min barel artaraq sutkalıq 59 milyon 600 min barel, OECD ölkələrində isə 210 min barel azalaraq gündəlik 46 milyon 120 min barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 2 milyon 550 min barel artaraq 108 milyon 280 min barelə çatacağı proqnozlaşdırılır. Əvvəlki hesabatda tələbatın gələn il gündəlik 2 milyon 360 min barel artacağı proqnozlaşdırılırdı.
Həmçinin gələn il OECD-yə üzv olmayan ölkələrdə neft tələbatının cari ilə nisbətən 2 milyon 10 min barel artaraq 61 milyon 620 min barelə, OECD ölkələrində isə 540 min barel artaraq 46 milyon 660 min barelə çatacağı gözlənilir.