OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb
Bakı, 13 oktyabr, AZƏRTAC
Sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 920 min barel artaraq sutkalıq 25 milyon 97 min barelə çatıb.
AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, ötən ay ən böyük hasilat artımı Səudiyyə Ərəbistanında müşahidə olunub. Ölkənin gündəlik hasilatı 744 min barel artaraq 8 milyon bareli keçib. İraqda gündəlik artım 386 min barel olub.
Hasilatda ən çox azalma müşahidə olunan ölkə Küveytdir. Belə ki, bu ölkədə gündəlik hasilat 140 min barel azalaraq 1 milyon 766 min barelə düşüb. İranda istehsal gündəlik 99 min barel, Liviyada isə 58 min barel azalıb.
Keçən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 903 min barel artaraq gündəlik 39 milyon 68 min barel olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:18]
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb
- 13.10.2026 [17:16]
® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb
- 13.10.2026 [17:16]
Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar
- 13.10.2026 [16:22]
Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib
- 13.10.2026 [16:20]