Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb
Astana, 13 oktyabr, AZƏRTAC
Macarıstan alimləri Qırğızıstan dağlarında ciddi dəyişikliklər qeydə alıblar.
AZƏRTAC “24.kg” saytına istinadla xəbər verir ki, tarixi fotoların müasir görüntülərlə müqayisəsi yüksək dağlıq ərazidə yerləşən Kel-Tor gölünün ətrafındakı qar örtüklərinin tamamilə yoxa çıxdığını, göldə suyun səviyyəsinin isə azı iki metr azaldığını göstərib.
Tədqiqatçılar Asutor buzlağında buz kütləsinin də əhəmiyyətli dərəcədə azaldığını müəyyən ediblər.
Ekspedisiyanın yekun nəticələrinin oktyabrın 20-də Macarıstanın Seqed Universitetində təqdim olunması planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]