Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 51 nömrəli şəhərdaxili, 118A və 162 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə,
• 51 nömrəli (Bəkir Çobanzadə küçəsi – Polad Həşimov küçəsi) marşrut üzrə hüquqi şəxs "Bus Trans" MMC;
• 118A nömrəli (“Koroğlu” NMM – Zabrat qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "Baku Trans–2022" MMC;
• 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi – "Koroğlu" NMM) marşrut üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [19:04]
Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
- 13.10.2026 [19:01]
Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir
- 13.10.2026 [18:55]
AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [18:13]
Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib
- 13.10.2026 [17:56]