Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 6-cı məhəllədə, Babək məhəlləsində və Hacıniyyət kəndi istiqamətində əsaslı təmir işləri aparılır.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda 6-cı məhəllədə nəqliyyatın daha rahat hərəkətini təmin etmək üçün asfaltlanma işləri həyata keçirilir.
Yolun 2 kilometrlik hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.
Müxbir - Nail Əsgərov