Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 47 faizdən çox artıb
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 133 yeni icarə müqaviləsi bağlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yeni bağlanılan müqavilələrin 87-si qeyri-yaşayış, 46-sı isə torpaq sahələrinə aid olub. 165 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən 8 ayda qüvvədə olan icarə müqavilələri üzrə dövlət büdcəsinə, ümumilikdə, 643,5 min manat vəsait ödənilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:58]
Naxçıvanda 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib
- 22.09.2026 [15:57]
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
- 22.09.2026 [15:54]
Yaşayış evindən pul oğurlayan şəxslər saxlanılıblar
- 22.09.2026 [14:34]
Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib
- 22.09.2026 [13:22]
Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO
- 22.09.2026 [13:14]