Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
Moskva, 22 sentyabr, AZƏRTAC
Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində “Solneçnı” ticarət mərkəzində güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yanğın Kommunistiçeskaya küçəsində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Rusiya mediasının məlumatına görə, yanğın nəticəsində üç nəfər ölüb. Son qeyri-rəsmi hesablamalara görə, yaralıların sayı 12 nəfərdir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikası üzrə Baş idarəsi binadan 17 nəfərin, o cümlədən bir uşağın təxliyə edildiyini bildirib. Yanğının söndürülməsi üçün 47 yanğınsöndürən və 16 texnika cəlb edilib.
İlkin məlumatlara görə, yanğın ikinci mərtəbədəki geyim şöbəsində baş verib. Ticarət mərkəzinin işçiləri mediaya bildiriblər ki, alovların yayılmasından təxminən bir saat əvvəl ərazidə kəskin yanma qoxusu hiss olunub, lakin onun mənbəyi dərhal müəyyən edilməyib.
Media, həmçinin binanın yanğınsöndürmə sistemində mümkün nasazlıq barədə məlumat verib. Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.
Yanğının səbəbi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]