Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanın U-21 millisinin və Kiprin “Pafos” komandasının futbolçusu Murad Məmmədovun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.
AZƏRTAC Kipr mətbuatına istinadən xəbər verir ki, zədəsini tam sağaldan 20 yaşlı yarımmüdafiəçi milli komandalar üçün yaranmış fasilə başa çatdıqdan sonra oynamağa hazır olacaq.
Onun zədədən sonra hazırda bərpa prosesi keçdiyi bildirilib.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Murad Məmmədov bu ilin iyun ayında “Pafos” klubuna keçib. Futbolçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]