Naxçıvanda 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib
Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində, ümumilikdə, 6004 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 2137-si daşınmaz əmlakın texniki pasportu, 3867-si isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 582 torpaq sahəsi, 102 mənzil, 79 fərdi yaşayış evi, 66 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:45]
Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub
- 22.09.2026 [16:43]
Xaçmazda oğurluq edən şəxs saxlanılıb
- 22.09.2026 [16:41]
Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq
- 22.09.2026 [15:57]
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb VİDEO
- 22.09.2026 [15:54]
Yaşayış evindən pul oğurlayan şəxslər saxlanılıblar
- 22.09.2026 [14:34]