Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 26 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb.
Prezident İlham Əliyevlə türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Bu gün Azərbaycan Ordusunun yaranmasının 108 ili tamam olur.
Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib.
Silahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü keçirilib.
NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edilib.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şura və Komitəsinə namizədliyini irəli sürüb.
Qətər Azərbaycanla parlamentlərarası münasibətləri genişləndirmək niyyətindədir.
Milli Məclisin sədri Afrika Qrupu parlament sədrlərinin müavinləri ilə görüşüb.
Azərbaycan-İraq münasibətlərinin inkişafında parlamentlərin rolu müzakirə edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin parlament nümayəndə heyəti Milli Məclisdə olub.
Milli Məclisdə Azərbaycan və İordaniya parlamentlərinin dostluq qruplarının görüşü olub.
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür.