Silahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü keçirilib YENİLƏNİB VİDEO
Xankəndi, 26 iyun, AZƏRTAC
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə yürüş ediblər. Əllərində Azərbaycan bayraqları tutmuş vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyərək alqışlayıblar. Hərbi yürüş bir daha ordumuzun gücünü, Azərbaycan xalqının birliyini və vətənpərvərlik ruhunu nümayiş etdirib.
10:24
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edir.
Müxbir – Tahir Ağaməmmədov