Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 29 iyun, AZƏRTAC
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.
Prezident: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyüm təşəbbüsün reallaşması məmnunluq doğurur.
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı keçirilir.
Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər.
ABŞ və İran bir-birinə hücum etməyi dayandırmaq barədə razılığa gəliblər.
Putin: Rusiya–Ukrayna danışıqları Minskdə keçirilə bilər.
XİN: İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.
Konqoda Ebola virusuna yoluxma sayı artır.
Əbu-Dabidə süd vəzi xərçənginin yayılmasını 56 faizədək azaldan uğurlu müalicə metodu tətbiq edilib.
Şəki Xan Sarayı ərazisinin tarixinin XIII əsrə aid olduğu elmi cəhətdən təsdiqlənib.
İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib.