İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib
Bakı, 29 iyun, AZƏRTAC
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatına məxsus üç komandanlıq məntəqəsinə zərbələr endirib.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələri bəyanat yayıb. Əməliyyatın Hizbullahın atəşkəs rejimini pozmasına cavab olaraq həyata keçirildiyi bildirilib. Məlumata görə, zərbələr Livanın cənubundakı Nəbatiyə və Mayfadun bölgələrində yerləşən komandanlıq məntəqələrinə endirilib.
Bəyanatda, həmçinin İsrail hərbçilərinin Hizbullahın onlara atəş açmaq üçün istifadə etdiyi raket buraxılış qurğusunu da məhv etdiyi qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]