Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin əsərləri artıq bir neçə ildir ənənəvi olaraq teatr mövsümünü açır.
AZƏRTAC xəbər verir ki, bunu Musiqi Festivalı çərçivəsində təqdim olunan “Arşın mal alan” operettasında Cahan xala rolunu ifa edən aktrisa Gülcahan Salamova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Üzeyir Hacıbəylinin əsərlərinin bu gün də aktuallığını qorumasının səbəbi ilə bağlı suala cavab verən aktrisa qeyd edib ki, ilk növbədə, bu əsərlər klassikadır. Onun sözlərinə görə, bəstəkarın musiqili komediyaları bədii dəyərinə görə teatrın repertuarında xüsusi yer tutmaqda davam edir.
“Bizim teatr əvvəllər Musiqili Komediya Teatrı adlanırdı. Onun repertuarında Üzeyir Hacıbəylinin üç musiqili komediyası - “Ər və arvad”, “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşaları var idi. Bunlar həm musiqili komediyalardır, həm də musiqi mədəniyyətimizdə xüsusi yer tutan klassik əsərlərdir”, - deyə aktrisa vurğulayıb.
G.Salamova əlavə edib ki, teatr mövsümünü Üzeyir Hacıbəylinin əsərləri ilə açmaq artıq xoş ənənəyə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [21:22]
Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır
- 19.09.2026 [20:15]
İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub
- 19.09.2026 [19:50]
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib
- 19.09.2026 [17:54]
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]