Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycanın Dövlət Suverenliyi Günü Müstəqillik, Dövlət Bayrağı və Zəfər günləri ilə yanaşı dayanan ən önəmli tarixi günlərimizdən biridir. Bunun əsas səbəbi suverenliyin dövlətin mövcudluğunun, müstəqilliyinin və bölünməzliyinin fundamental elementi olmasıdır. Əslində, müstəqil dövlət anlayışının siyasi və hüquqi məzmununu müəyyən edən başlıca kateqoriyalardan biri də məhz suverenlikdir. Dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü, beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etmək imkanına malik olması onun suverenliyinin başlıca göstəriciləridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Elçin Mirzəbəylinin “Suverenlik və milli güc amili” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik:

Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Dövlət suverenliyinin iqtisadi, siyasi və hüquqi əsasları bir-birindən ayrı təsəvvür edilə bilməz. Suverenliyin iqtisadi əsaslarını dövlətin ərazisi, təbii və mədəni sərvətləri, iqtisadi potensialı təşkil edir. Siyasi əsasını sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri formalaşdırır. Hüquqi əsasda isə Konstitusiya və digər hüquqi-normativ aktlarla yanaşı, dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suveren hüquqlara müdaxilənin yolverilməzliyi kimi beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır.

Azərbaycanın suverenlik salnaməsi də bu həqiqətin tarixi təsdiqidir. Bu salnamənin təməlində dərin dövlətçilik ənənələri dayanır. Azərbaycan xalqının tarixində müxtəlif siyasi qurumların və dövlətlərin meydana gəlməsi yalnız müəyyən ərazilərdə hakimiyyətin təşkili ilə məhdudlaşmayıb. Bu dövlətçilik ənənələri ictimai münasibətlərin tənzimlənməsi, mədəniyyətin inkişafı, ordu quruculuğu, mərkəzləşdirilmiş idarəçilik və siyasi legitimlik kimi mühüm elementləri də özündə ehtiva edib. Tarixi təcrübə müasir Azərbaycan dövlətçiliyinin siyasi yaddaşında mühüm yer tutur. Hərbi güc suverenliyin müdafiəsi üçün mühüm vasitədir, lakin onun arxasında siyasi sabitlik, iqtisadi potensial, institusional idarəçilik və milli həmrəylik dayanmalıdır. Dövlətin iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi və milli maraqlara əsaslanan xarici siyasətin ardıcıl həyata keçirilməsi suverenliyin hüquqi, iqtisadi və siyasi dayaqlarının möhkəmləndirilməsinə xidmət edən vahid strategiyanın komponentləri kimi çıxış edib. Bu prosesin ən mühüm sınağı isə şübhəsiz, Ermənistanın Azərbaycana qarşı təcavüzü və otuz ildən artıq davam edən işğal amilidir. İşğal məlum olduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində dövlət suverenliyinin faktiki həyata keçirilməsinə maneə törədirdi. Azərbaycan ərazilərinin hüquqi statusu dəyişməsə də, həmin ərazilərdə dövlət hakimiyyətinin faktiki olaraq həyata keçirilməsi mümkün deyildi. Beləliklə, hüquqi suverenliklə faktiki suverenlik arasında ciddi ziddiyyət yaranmışdı. Bu ziddiyyətin aradan qaldırılması isə yalnız Azərbaycanın milli məsələsi deyildi. Ərazi bütövlüyü və dövlətlərin suveren bərabərliyi beynəlxalq hüquq sisteminin fundamental prinsiplərindəndir. Buna görə də Azərbaycan ərazilərinin işğaldan azad edilməsi yalnız milli ərazi məsələsinin həlli kimi deyil, beynəlxalq hüququn norma və prinsiplərinin praktiki reallaşdırılması kimi də qiymətləndirilməlidir.

Otuz ilə yaxın davam edən danışıqlar prosesinin nəticə verməməsi Azərbaycanı öz milli güc imkanlarını artırmağa və siyasi-diplomatik strategiyasını yeni reallıqlara uyğun qurmağa vadar etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfər bu baxımdan Azərbaycan dövlətçiliyinin inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. 44 günlük müharibənin nəticəsi yalnız işğal olunmuş ərazilərin böyük hissəsinin azad edilməsi ilə ölçülə bilməz. Bu Zəfər Azərbaycanın dövlətçilik tarixində milli iradənin, siyasi liderliyin və milli gücün bir-birini tamamladığı tarixi məqam oldu. Lakin 2020-ci il Zəfəri suverenliyin tam bərpası prosesinin son mərhələsi deyildi. Qarabağın bir hissəsində separatçı strukturun mövcudluğu və Azərbaycan dövlətinin konstitusion hakimiyyətinin həmin ərazidə tam şəkildə həyata keçirilməməsi suverenlik probleminin hələ tam həll edilmədiyini göstərirdi. 2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri məhz bu prosesin kulminasiya nöqtəsinə çevrildi. Qısa müddət ərzində separatçı silahlı qüvvələrin tərksilah edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası ilə ölkənin bütün ərazisində dövlət hakimiyyətinin aliliyi təmin edildi. Beləliklə, Azərbaycan üçün 2020-ci il ərazi bütövlüyünün bərpasının, 2023-cü il isə dövlət suverenliyinin tam təmin edilməsinin tarixi mərhələsi kimi xarakterizə oluna bilər. Bu tarix Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərini - tarixi dövlətçilik ənənələrini, Xalq Cümhuriyyətini, dövlət müstəqilliyinin bərpasını, 1993-cü ildən etibarən dövlət institutlarının möhkəmləndirilməsini, 2020-ci ildə ərazi bütövlüyünün bərpası və 2023-cü ildə suverenliyin tam təmin olunmasını vahid siyasi xətt üzərində birləşdirir. Bir sözlə, dövlətin ərazi üzərində suverenliyi yalnız hərbi nəzarətlə deyil, həmin ərazidə hüquqi, iqtisadi və sosial institutların davamlı fəaliyyəti ilə möhkəmlənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO