Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Cari ilin avqust ayının nəticələrinə əsasən, Gürcüstanın dövlət xarici borcu 9 milyard 68 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında əksini tapıb. Məlumata görə, bu göstərici iyul ayı ilə müqayisədə 52 milyon dollar çoxdur. Həmin dövrdə ölkənin xarici borcunun həcmi 9 milyard 16 milyon dollar səviyyəsində olub.
Bildirilir ki, ümumi məbləğdən bilavasitə hökumətin xarici borcu 8 milyard 805 milyon dollar təşkil edib. Bunun 6 milyard 759 milyon dollardan çoxu çoxtərəfli, 1 milyard 547 milyon dolları isə ikitərəfli kreditorların payına düşür.
Hesabat dövründə Gürcüstan Milli Bankının xarici öhdəlikləri 263 milyon 234 min dollar olub.
Ölkənin ən iri çoxtərəfli kreditorları sırasında Asiya İnkişaf Bankı (2 milyard 508 milyon dollar), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (1 milyard 914 milyon dollar) və Avropa İnvestisiya Bankı (1 milyard 348 milyon dollar) yer alır.
İkitərəfli kreditorlar arasında isə ən böyük borc payı Fransa (846 milyon 51 min dollar), Almaniya (576 milyon 889 min dollar) və Yaponiyaya (106 milyon 78 min dollar) məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]