“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
London, 19 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın ən varlı şəxslərindən biri, “Ineos” neft-kimya nəhənginin təsisçisi və “Mançester Yunayted” futbol klubunun iri səhmdarı Cim Retkliff ölkəyə inamını itirdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, sərvəti təxminən 15 milyard funt sterlinq qiymətləndirilən britaniyalı iş adamı BBC-yə müsahibəsində Böyük Britaniyanın gerilədiyini deyib. Onun sözlərinə görə, buna yüksək vergilər və yüksək miqrasiya səviyyəsi səbəb olur. O, ölkədə qaz ehtiyatlarının aşağı səviyyədə olduğunu bildirərək, qış aylarında kəskin soyuqların baş verəcəyi təqdirdə Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Britaniya hökuməti isə milyarderin tənqidlərinə cavab olaraq iqtisadi artımın təmin olunması istiqamətində işlərin davam etdiyini və son iki ildə biznes investisiyalarının artdığını bildirib. Hökumət sözçüsü qaz təchizatı ilə bağlı problem gözlənilmədiyini vurğulayıb. Cim Retkliff daha əvvəl miqrasiyaya dair açıqlamaları ilə də mübahisələrə səbəb olub. O, “Brexit”in tərəfdarı olsa da, 2020-ci ildən etibarən Monakoda vergi rezidenti kimi qeydiyyatdadır. Son illərdə Böyük Britaniyanı tərk edən yüksəkprofilli milyarderlər arasında polad maqnatı Lakşmi Mittal və hedc-fond rəhbəri Kris Rokos da yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]