Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
Astara, 19 sentyabr, AZƏRTAC
Astara rayonunun ucqar dağ kəndi Təxtənəkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub.
Toqquşmadan sonra “Ford Transit” markalı yük avtomobili yoldan çıxaraq aşıb.
Qəza nəticəsində “Niva” markalı avtomobilin sürücüsü Gülağa Əliyev, sərnişinlər – sürücünün oğlu, Rinə kənd sakini, 1980-ci il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, həmçinin Rinə kənd sakinləri, 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya ediliblər. Vəziyyətləri daha ağır qiymətləndirilən G.Əliyev və R.Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - İlkin Adıyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [22:33]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [21:40]
Ağstafada qadını elektrik cərəyanı vurub
- 19.09.2026 [20:10]
Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub
- 19.09.2026 [19:50]
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib
- 19.09.2026 [17:54]
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
- 19.09.2026 [17:06]
Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]