Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 14 iyul, AZƏRTAC
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub.
Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezidentlər İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar.
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb.
IV Şuşa Qlobal Media Forumunda “Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr” mövzusunda tədbir təşkil olunub.
Şuşa Forumunda etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu müzakirə olunub.
Şuşada “Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusu müzakirə olunub.
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir.
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb.
AZƏRTAC ilə “Jiji Press” arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC və İtaliyanın ADN agentliyi əməkdaşlığı genişləndirir.
AZƏRTAC və Oman Xəbər Agentliyi qarşılıqlı informasiya mübadiləsi həyata keçirəcəklər.
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib.