Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Almaniyanın “Deutsche Welle” yayım qurumu Prezident İlham Əliyevin Forumda Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirdiyi fikirləri geniş işıqlandırıb. Məqalədə dövlətimizin başçısının Azərbaycanın artıq iki ildir Avropa Şurasında ayrı-seçkiliyə məruz qaldığını bildirdiyi vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyevin sözlərinə görə, münasibətlərdə dönüş nöqtəsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2024-cü ildə Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi olub.

“Deutsche Welle” Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı fikirlərinə də geniş yer ayırıb. Bildirilir ki, Azərbaycan Prezidenti Bakı ilə Moskva arasında müəyyən dövrlərdə müşahidə olunan gərginliyin artıq arxada qaldığını, iki ölkə arasında münasibətlərin isə tam normallaşdığını vurğulayıb.

Çinin “NetEase” və “Tencent News” xəbər portalları da Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışındakı diqqətçəkən məqamları oxucularına çatdırıb. Xəbərlərdə dövlətimizin başçısının Rusiya ilə münasibətlərin tam normallaşdığı, iki ölkənin dövlət qurumları arasındakı təmasların aktivləşdiyi və əməkdaşlığın uğurla inkişaf etdiyi barədə fikirləri nəzərə çatdırılıb. Bundan əlavə, Çin mediası Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasından tamamilə çıxmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyinə dair açıqlamasına da yer ayırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Belçikanın “Business AM” xəbər portalında da dərc edilib. Məqalədə dövlətimizin başçısının Azərbaycanın Avropa Şurasından tamamilə çıxmaq ehtimalı ilə bağlı bəyanatına xüsusi yer verilib. Xəbərdə bildirilib ki, Prezident İlham Əliyev Şuşa Forumunda rəsmi Bakının təkcə üzvlüyün dayandırılmasını deyil, həm də bu təşkilatdan qəti şəkildə ayrılmağı ciddi şəkildə nəzərdən keçirdiyini diqqətə çatdırıb.

Ukraynanın "Korrespondent", "24 Kanal", "Delovaya Stolitsa", "Gordon", "Ukrinform", "Obozrevatel", "Censor.NET", "iPress", "112 Ukraina" və "Evropeyskaya Pravda" kimi tanınmış xəbər saytları və portalları dövlətimizin başçısının Avropa Şurası ilə bağlı bəyanatları ilə yanaşı, Ukraynaya göstərilən dəstəyə dair fikirlərinə də xüsusi diqqət ayırıb.

Serbiyanın "Tanjug", "RTV", "NIN", "Blic", "Info365", "Politika", "Novine Srbija" və "Večernje novosti" xəbər agentlikləri, onlayn qəzet və xəbər portalları da Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışının əsas məqamlarını geniş işıqlandırıb. Məqalələrdə Azərbaycanın Avropa ölkələrinə təbii qaz tədarükünü artırmaq məqsədilə danışıqlar apardığı və Avropanın etibarlı enerji tərəfdaşına çevrildiyi vurğulanıb. Bununla yanaşı, Serbiya mediası Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı səsləndirdiyi fikirlərə də geniş yer ayırıb.

“Reuters Connect”, “Business AM”, “CE Energy News”, “Newsy Today”, “RT Arabic” və digər tanınmış xəbər portalları da Prezident İlham Əliyevin Forumda regional və qlobal məsələlərlə bağlı səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayıb. Xəbərlərdə dövlətimizin başçısının Forumun qlobal media dialoqunu gücləndirmək, dezinformasiya ilə mübarizə aparmaq və sülhə töhfə vermək missiyasını daşıdığı barədə fikirlərinə yer verilib.

Yaponiyanın “Nippon.com”, “Jiji Press”, “Himeji Keizai Shimbun” və “NewsPicks” kimi nüfuzlu xəbər resursları Prezident İlham Əliyevin Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərə dair bəyanatları oxucuların diqqətinə çatdırıb. Məqalələrdə dövlətimizin başçısının iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq potensialının olduğunu bildirdiyi, həmçinin bu sahədə təcrübə mübadiləsi və birgə istehsal imkanlarını vurğuladığı qeyd olunub.

Bolqarıstanın "NRD", "Delnik", "BTA", "Novini", "Manager.bg", Rumıniyanın "Evenimentul Zilei", "Briefed.ro", "Monitorul Zilei", "Astazi", "Sinteza Presei", Yəmənin "Saba News Agency" və Tacikistanın "Khabari Khush" informasiya agentlikləri, xəbər portalları və digər media orqanları da Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışının əsas məqamlarını geniş işıqlandırıblar.

Moldovanın “Jurnal.md”, “Telegraph Moldova”, “Point.md” və “Noi.md” portalları Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından mühüm məqamları oxucularına təqdim edib. Məqalələrdə rəsmi Bakının Avropa Şurasından tamamilə çıxmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyi ön plana çıxarılıb. Moldova mətbuatının yayımlandığı xəbərlərdə, həmçinin dövlətimizin başçısının Rusiya ilə ikitərəfli münasibətlərə dair şərhi yer alıb. Bildirilib ki, Prezident İlham Əliyev Moskva ilə müəyyən dövrlərdə yaşanan gərginliklərin artıq geridə qaldığını və iki ölkə arasındakı əlaqələrin tam normallaşdığını diqqətə çatdırıb.

Rusiyanın “Gazeta.Press”, Belarusun “Nasha Niva”, “News.by”, Yunanıstanın “Banking News”, “Olympia.gr” media qurumları da Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumunda çıxışını və suallara cavablarını diqqət mərkəzində saxlayıb. Materiallarda dövlət başçısının Azərbaycanın Avropa Şurasından tamamilə çıxmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyi barədə fikirlərinə xüsusi yer ayrılıb. Eyni zamanda, qeyd olunub ki, Prezident İlham Əliyevin sözlərinə görə, Bakı ilə Moskva arasında bütün səviyyələrdə siyasi dialoq davam edir. Nəşrlərdə dövlət başçısının mövcud vəziyyəti müsbət qiymətləndirdiyi, Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da sabit və qarşılıqlı faydalı əsaslarla inkişafına əminliyini ifadə etdiyi vurğulanıb.

İranın “IRNA” Dövlət Xəbər Agentliyi, “Euronews Persian”, “Akharin Khabar”, “Borna News”, “Sarnevis.ir”, “Khabar Farsi”, “Vista.ir” və “Ghatreh” media orqanlarında Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasından tamamilə çıxmaq ehtimalı ilə bağlı bəyanatları geniş işıqlandırılıb. Materiallarda dövlətimizin başçısının AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını ölkəyə qarşı ayrı-seçkilik kimi qiymətləndirməsi, Avropa Şurası ilə münasibətlərin gələcəyi, bu təşkilatdan mümkün çıxışın nəticələri və rəsmi Bakının münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü şərtlər əsas mövzulardan olub.

Litvanın “Respublika.lt”, “Delfi.lt”, “LRT” Milli Radio və Televiziyasının portalı, eləcə də “TV3” xəbər platformasında Prezident İlham Əliyevin Azərbaycanın XIX əsrdən etibarən müstəmləkə şəraitində yaşaması, SSRİ dövrünə münasibəti və müstəqillikdən sonra ölkənin keçdiyi inkişaf yolu ilə bağlı fikirləri diqqət mərkəzində olub. Materiallarda sovet dövründə Azərbaycanın təbii sərvətlərinin istismarı, müstəqillik illərində əldə olunan nailiyyətlər və keçmiş sovet respublikalarının inkişafına dair qiymətləndirmələr də oxuculara təqdim edilib.

Özbəkistanın “Buzb.uz”, “Buxoroisharif.uz”, “NewsHub.uz” və “UzA” Milli İnformasiya Agentliyi, Tacikistanın “Khabari Khush” xəbər portalı, eləcə də Qırğızıstanın “TRT Kyrgyz” xəbər portalı Prezident İlham Əliyevin regional və beynəlxalq gündəmə dair mesajlarını geniş auditoriyaya çatdırıb. Materiallarda Türkiyə-Azərbaycan müttəfiqliyinin dünyada analoqu olmayan model kimi dəyərləndirilməsi, Yaxın Şərqdə sülh çağırışları, Azərbaycan-Rusiya münasibətlərinin normallaşması, eləcə də Avropa təsisatları ilə münasibətlərə dair Bakının mövqeyi ön plana çıxarılıb. Bir sıra nəşrlər dövlətimizin başçısının sovet dövrünə və Azərbaycanın müstəqillik tarixinin nəticələrinə dair fikirlərinə də ayrıca diqqət yetirib.

İordaniyanın Petra Dövlət Xəbər Agentliyi, “FANA News”, “Al-Qalah News” və “Ammon News”, “Misirin Al-Ghad”, “Youm7”, “Rosa El-Youssef” və “Baladna Elyoum”, həmçinin Səudiyyə Ərəbistanı və ərəb dünyasının “RT Arabic”, “Nabd”, “Khawlan Press” və “Akhbar Al-An” media orqanlarında isə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı geniş əksini tapıb. Xəbərlərdə dövlətimizin başçısının İordaniya Kralı II Abdullahın Yaxın Şərqdə sülh təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirməsi, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa verdiyi önəm, Azərbaycan-İordaniya və Azərbaycan-Misir münasibətlərinin inkişafı, regional nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, eləcə də medianın sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə və süni intellekt dövründə üzərinə düşən missiya xüsusi vurğulanıb.

Gürcüstanın “Fortuna” Radiosunun təsisçisi Tamara Giqoqidze isə müəllifi olduğu məqalədə IV Şuşa Forumunun yüksək səviyyədə təşkili, Azərbaycanda şahidi olduğu geniş abadlıq və quruculuq işləri, eləcə də Prezident İlham Əliyevə ünvanladığı sual barədə oxuculara və dinləyicilərə ətraflı məlumat verib. Azərbaycanda 5 il əvvəl olduğunu vurğulayan müəllif ötən illər ərzində ölkəmizdə və xüsusən də işğaldan azad olunmuş ərazilərdə böyük dəyişikliklərin baş verdiyini qeyd edib.

Məqalədə yüksək səviyyədə təşkil olunmuş Forumda 53 ölkədən 160 qonağın - beynəlxalq media forumu jurnalistlərinin, xəbər agentliklərinin rəhbərlərinin, media menecerlərinin, dövlət rəsmilərinin, eləcə də beynəlxalq təşkilatların, texnologiya platformalarının və akademik dairələrin nümayəndələrinin bir araya gətirildiyi bildirilir.

Tamara Giqoqidze yazır ki, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə elektrikli avtomobillərdə FM radio sistemlərinin saxlanılması ilə bağlı sual ünvanlayıb. Məqalədə dövlət başçısının bu təşəbbüsü tam dəstəklədiyi, avtomobili radiosuz təsəvvür etmədiyini və belə bir təşəbbüs olacağı təqdirdə Azərbaycanın dəstək verməyə hazır olduğunu bildirdiyi vurğulanır.

İspandilli mətbuat da IV Qlobal Şuşa Forumunu diqqət mərkəzində saxlayıb. Belə ki, Çilinin “El Periodista” elektron xəbər portalı iştirakçılar arasında Latın Amerikasından yeddi nümayəndənin iştirak etdiyini yazıb. Portal Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla bildirib ki, Şuşa medianın gələcəyini müzakirə etmək üçün xüsusilə əhəmiyyətli bir yerdir. Şuşa təkcə bir şəhər deyil, həm də tarixi və mədəni bir simvoldur. Şəhər təxminən otuz il Ermənistanın nəzarəti altında qaldıqdan sonra altı il əvvəl, 2020-ci ildə geri alınıb.

Uruqvayın “Diario La R” elektron xəbər portalı da Azərbaycan Prezidenti İlham Əliyevin Forumda həqiqət vasitəsilə qlobal etimadı bərpa etməyə çağırdığını yazıb. Qeyd edilib ki, Azərbaycanın yenidən qurulmasını simvolizə edən Şuşa şəhərindən səslənən Prezident İlham Əliyev həqiqət uğrunda mübarizənin XXI əsrin əsas çağırışlarından biri olacağını bildirib və medianı sülhün qurulmasında mərkəzi rol oynamağa çağırıb. Şuşanın məkan kimi seçilməsinin təsadüfü olmadığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan üçün bu şəhər bərpa olunmuş şəhər mərkəzindən daha böyük məna daşıyır. Bu, hökumətin beynəlxalq dialoq üçün daimi forum kimi təqdim etməyə çalışdığı milli yenidənqurma layihəsi və mədəni kimliyin rəmzidir.

“Tarix və gələcəyin görüşdüyü Qafqaza açılan qapı olan Bakı” adlı məqalədə qeyd edilib ki, Azərbaycanın paytaxtı bəzi ziyarətçilərini abidələrlə, digərlərini isə mənzərələrlə qarşılayır.

Bildirilib ki, “Diario La R” üçün IV Şuşa Qlobal Media Forumunda iştirak etmək beynəlxalq konfransda iştirak etməkdən daha böyük məna kəsb edir. Bu, Uruqvay oxucularına strateji bir bölgəyə birbaşa baxış gətirmək, Qafqazda gedən siyasi, iqtisadi və mədəni prosesləri anlamaq və jurnalistika vasitəsilə Latın Amerikası ilə Azərbaycan arasında əlaqələri gücləndirmək deməkdir.

Argentinanın “Latinamerica.newsagency” instaqram səhifəsində isə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Sesilya Deql İnnosentinin sualından sonra Şuşa Qlobal Media Forumunda Argentina ilə Böyük Britaniya arasında Folklend adaları ilə bağlı mübahisəyə toxunub. Prezident münaqişənin danışıqlar, xoşməramlılıq və beynəlxalq hüquqa uyğun şəkildə həll edilməli olduğunu vurğulayıb. Prezident İlham Əliyev dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılmalı olduğunu bildirib və qeyd edib ki, Azərbaycan bu mövqeyi öz təcrübəsinə əsaslanaraq tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər