Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) ekspertləri ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Keyfiyyətli iş yerləri və əmək sferasının gələcəyi” layihəsi çərçivəsində keçirilən görüşdə nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60 Konvensiyasına və 1 Protokoluna qoşulduğunu qeyd edib. O, əmək qanunvericiliyinin bu Konvensiyalar əsasında təkmilləşdirilməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb.
AİB-in əmək bazarı üzrə eksperti Karlos Alberto əmək münasibətləri sahəsində aparılan islahatlar prosesində BƏT standartlarına istinad edilməsinin önəmini vurğulayıb. Görüşdə əməyin mühafizəsini və təhlükəsizliyini tənzimləyən hüquqi, institusional çərçivənin, milli əməyin mühafizəsi və təhlükəsizliyi sisteminin əsas üstünlüklərindən bəhs olunub.
Bu mövzuda, habelə Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsinə dair müzakirə aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]
Hər şey Vətən üçün... - şəhidin son döyüşü
- 28.09.2026 [17:37]