“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
Bakı, 28 sentyabr, AZƏRTAC
İtaliyanın “Yuventus” komandası heyətinə yeni qapıçı cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi braziliyalı qolkiper Neto ilə 1 illik müqavilə imzalayıb.
37 yaşlı əlcək sahibi 2015-2017-ci illərdə də “Yuventus”un formasını geyinib. O, həmin müddətdə komandanın heyətində 22 oyun keçirib. Qapıçı 2 dəfə İtaliya çempionluğunu və ölkə kubokunu, eləcə də İtaliya Superkubokunu qazanıb.
Neto son olaraq Braziliyanın “Botafoqo” klubunda çıxış edib və yayda azad agent kimi komandadan ayrılıb. Futbolçu İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” klublarında da oynayıb.
Qeyd edək ki, “Yuventus” yay transfer pəncərəsində Almaniyanın “Volfsburq” klubundan qapıçı Kamil Qrabarını icarəyə götürüb. Polşalı qolkiper Turin təmsilçisinin heyətində cəmi bir matç keçirib. O, daha sonra dizinin çarpaz bağlarının qopması səbəbindən uzun müddətə sıradan çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]