Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK
Bakı, 28 sentyabr, AZƏRTAC
Bu ilin 8 ayında Azərbaycandan MDB ölkələrinə 1 milyard 349 milyon 83,14 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,4 faiz və ya 159 milyon 205,87 min dollar artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan MDB ölkələrindən 2 milyard 360 milyon 398,27 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 38,5 faiz və ya 1 milyard 476 milyon 386,14 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 6,18 faizini, ümumi idxalının isə 20,66 faizini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan ümumilikdə 21 milyard 815 milyon 37,04 min dollar dəyərində mal ixrac olunub. İdxalın ümumi dəyəri isə 11 milyard 423 milyon 350,68 min dollar təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:37]
Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır
- 28.09.2026 [17:07]
İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir
- 28.09.2026 [17:02]