Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, xidmət zamanı səfirliyin konsulu Hüseyn Mərcanov tərəfindən konsulluq-hüquq məsələləri ilə bağlı çoxsaylı müraciətlərə baxılıb, vətəndaşları maraqlandıran suallar cavablandırılıb və qaldırılan bir sıra məsələlər yerindəcə həll edilib.
Bu təşəbbüsün əsas məqsədi obyektiv səbəblərdən Varşavaya getməkdə çətinlik çəkən vətəndaşlara yerində operativ və rahat konsulluq xidmətinin göstərilməsini təmin etmək olub.